Bizə qol vurdu, problemlə üzləşdi, "Real" və Fransa millisi arasında gərginlik yarandı

08:50 Fransa 143
Bizə qol vurdu, problemlə üzləşdi, "Real" və Fransa millisi arasında gərginlik yarandı

"Real" hücumçusu Kilian Mbappenin Fransa millisinin heyətində Azərbaycanla oyunda (3:0) zədələnməsinə görə narazıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Hücumçu daha əvvəl də ayaq biləyindən zədə almışdı və bu, onu bütün həftə məşqləri dayandırmağına səbəb olmuşdu.

Lakin forvard Azərbaycanla matçda zədələnərək 83-cü dəqiqədə əvəzlənib.

Madrid təmsilçisi isə buna görə Fransa millisinin məşqçilər heyətinə qəzəblənib. Klub 26 yaşlı hücumçunu riskə atmağın lazımsız olduğunu düşünür.

Mbappe Azərbaycanla görüşdə komandasının ilk qolunun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 03:00 "Sabah" dan ASAN UĞUR