Rəşad Sadıqovun iki lideri var, biri də olsa…

4 Oktyabr 23:00 Hadisə 608
Rəşad Sadıqovun iki lideri var, biri də olsa…

Artıq «Zirə»nin iki liderindən danışmalıyıq.

Biri var idi, biri də oldu.

Mən Ruan Renato ilə Georgi Papunaşvilini nəzərdə tuturam.

Braziliyalı müdafiə, gürcü yarımmüdafiə xəttində vazkeçilməz isimdir indi.

Hamını öz statusu və adıyla çağırmaq lazımdır - hazırkı «Zirə»ni onlarsız təsəvvür etmirəm, etmək də istəmirəm.

Rəşa Sadıqov bilir kimə etimad göstərmək olar, ya olmaz.

İnsaf naminə demək lazımdır ki, istər Renato, istərsə də Papunaşvili ona bəslənilən ümidləri artıqlamasıyla doğruldur.

Sonuncunun «Neftçi»nin qapısına vurduğu qola da söz ola bilməz. Əla təşkil olunan mövqe hücumunu bir düzgün vuruşla tamamladı.

Rəşad Sadıqovun bir lideri də olsa… Day başqa dərdi qalmaz.

«Zirə» olar çiçək kimi komanda. O liderə də hücum xətti möhtacdır.

«Zirə» üçüncü zonada belə bir simanın yoxluğunu bəzən çox hiss edir, bəzən az. Salifu Suma ilə Rafael Utziqdən biri qalsaydı, bu problemə toxunmazdım.

Onlar həqiqətən «Zirə»nin gücünə güc qatırdı. Amma Yeqor Boqomolski və Junior Martins…

Qol hissiyatı Boqomolskiyə yaddır. Meydanda nə istəyirsən, de, etsin, bir qol vurmaqdan başqa.

Junior isə qeyri-sabit oyun nümayiş etdirir, hər dəfə bir cür təsir bağışlayır. Həmin gün əhvalı necədirsə, ona uyğun.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 17:50 Çək və bizə göndər!