SAXLANILDI: Cinsi əlaqədə olmaq istəməyən qadını yastıqla boğub - FOTO

10 İyun 2024 08:20 Hadisə 1 147
SAXLANILDI: Cinsi əlaqədə olmaq istəməyən qadını yastıqla boğub - FOTO

“Əfsanələr Liqası”nın keçmiş peşəkar oyunçusu Li Yaharonq Çanq Yu qadını qətlə yetirdiyinə görə polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, Vyetnam mediasının məlumatına görə, Yaharonq 33 yaşlı qızla otel otağında vaxt keçirib. Qadın onunla cinsi əlaqədə olmaqdan imtina etdiyi üçün Çanq Yu ilə qız arasında münaqişə yaranıb. Mübahisə təxminən 10 dəqiqə davam edib, bundan sonra Yaharonq qızı yastıqla boğub.

Çanq Yu daha sonra otelin 65-ci mərtəbəsinə qalxaraq intihar etmək istəyib, lakin təhlükəsizlik əməkdaşları tərəfindən bunun qarşısını alınıb. İndi kiberidmançı Cənubi Koreyaya ekstradisiya ilə üzləşib.

Peşəkar karyerası ərzində Yaharonq “Air Green Wings”, “Fredit BRION” və “DetonatioN FM”-də oynayıb. LCK-da altı mövsüm keçirdikdən sonra o, Yaponiyaya köçüb və burada bir neçə dəfə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER