"Çelsi"nin məşqçisi ilə anlaşdı - Azərbaycana gəlir

28 Fevral 2021 17:00 Hadisə 1 215
"Çelsi"nin məşqçisi ilə anlaşdı - Azərbaycana gəlir

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan İrlandiya yığmasında yeni təyinat gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, İngiltərənin "Çelsi" klubunun məşqçisi Entoni Barri baş məşqçi Stiven Kenninin köməkçisi təyin olunub.

35 yaşlı mütəxəssis hər iki komandada işini davam etdirəcək. O, millinin düşərgəsində martda - seçmə mərhələ oyunları ərəfəsində qoşulacaq.

Azərbaycan millisi İrlandiya ilə ilk görüşünü sentyabrın 4-də səfərdə keçirəcək. İkinci qarşılaşma isə oktyabrın 9-da Bakıda olacaq. Canni De Byazinin başçılıq etddiyi kollektiv seçmə mərhələyə martın 24-də Portuqaliyaya qarşı matçla start verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır