COP29

Bizə əl sallayıb “Gamar joba” deyirlər...

15 İyun 01:10 Hadisə 1 234
Bizə əl sallayıb “Gamar joba” deyirlər...

Yığışaq ekran başına.

Futbol başlayır!

Futbol bayramı!

Avro-2024!

Qardaş Türkiyə də Almaniyada yarışacaq.

Tarixinin ən əzablı günlərini yaşayan məzlum ölkə - dost Ukrayna da ordadır.

Azərbaycandan bu iki komandanın mənəvi dəstəyi böyük olacaq. Hər zaman olduğu kimi.

İndi bəzən çoxumuzun istəsək də, istəməsək də həsəd apardığı Gürcüstan da həmin turnirdə yarışacaq. Avro-2024-ə uğur şansı ən az olan komandadır qonşularımız. Amma nə olsun ki? Onlar, necə deyərlər, Berlinə - Almaniyaya qədər gedib çıxıb, biz hələ də Biləcəridə ilişib qalmışıq.

Avro-2024-dən bizə əl sallayıb, "Gamar joba" deyirlər...

Və...

O yarışda Kriştiano Ronaldo da var. Bənzərsiz futbol adamı... Nə qədər futbolla yaşayasan, nə qədər uğurdan doymaq bilməyəsən ki, 39 yaşında da Avropa çempionatına qatılasan!

Potuqaliya necə çıxış edəcək, finala gələcəkmi, çempion olacaqmı, təxmin etmək çətindir. Amma onun kapitanı olan o futbol sehrbazının qarşısında çox oyunçu təzim etməlidir!

***

Fransa...

İngiltərə...

Almaniya...

Bu üç komanda sayılır çempionatın əsas favoriti...

Mənim favoritim İngiltərədir. Bir də ki, Harri Keyn - bu futbol qoleadoru (son mövsümdə 45 oyuna 44 qol) niyə də Avro-2024-də də qolları sıralamasın, komandasını finala, çempionluğa daşımasın...

Amma əlbəttə, hər şeyi zaman göstərəcək.

Bəs zaman indi nə deyir? Deyir ki, bu bir ayda futbola köklənək. Deyir ki, futboldan həzz alaq və bir ağızdan deyək - oyunçu aparsın! (qol.az)

Aydın Bağırov

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi