Rüfət Nadirlinin "Arena"sı yenidən başladı - Bu dəfə həm TV, həm də radioda

20 Yanvar 2021 17:20 Hadisə 736
Rüfət Nadirlinin "Arena"sı yenidən başladı - Bu dəfə həm TV, həm də radioda

Sportinfo.az xəbər verir ki, futbol üzrə ən baxımlı verilişlərdən sayılan "Arena" yenidən start götürür.

Veriliş vaxtilə tanınmış aparıcı Rüfət Nadirlinin təqdimatında İnterAz TV-də yayımlanırdı, amma sonradan layihənin işində fasilə yarandı.

Həm aparıcı, həm də layihənin müəllifi olan Rüfət Nadirli "Arena"nı həmin televiziyada bərpa edib və veriliş fevralın əvvəlindən yayıma başlayacaq.

O,eyni adda radio verilişini də ərsəyə gətirib. 100.5 FM-də yayımlanan layihə həftəiçi 5 gün, saat 12:00-dan 13:00-a kimi dinləyicilərin görüşünə gəlir.

Radio layihəsində də maraqlı mövzular üzrə qonaqlar dəvət olunur və müzakirələr aparılır, canlı yayımlanan verilişdə dinləyici fikirləri də yer alır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır