Mübariz Mənsimov indi nəyi gözləyir? - “Xəzər Lənkəran”la bağlı YENİ XƏBƏRİ OXUYUN!

4 Mart 2024 14:20 Gündəm 8 989
Mübariz Mənsimov indi nəyi gözləyir? - “Xəzər Lənkəran”la bağlı YENİ XƏBƏRİ OXUYUN!

Ötən ay təmirə bağlanan «Xəzər Lənkəran» Mərkəzi Stadionununda hələ yenidənqurma işlərinə start verilməyib.

Redaksiyamıza verilən məlumata görə, gecikməyə səbəb ssmetanın təsdiqlənməməsidir.

Stadionun sahibi olan “Palmali”nin baş ofisindən fevralın əvvəlində mediaya göndərilən açıqlamada bildirilmişdi kii, şirkətin Bakı ofisinə bununla bağlı tapşırıq verilib:

“Xəzər Lənkəran” stadionunun təmirə bağlanması xəbəri həqiqətdir. Hələlik təmir üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq.

Hazırda yenidənqurma işləri üçün xərclər hesablanır. Mart ayından işlərə start veriləcək”.

Stadionda görülməsi gərəkən təmirin miqyası kifayət qədər böyükdür. Buna 1-2 milyon manat bəs etməyəcək.

Azından 3 milyon aparacaq. Təbii ki, bu da az məbləğ deyil.

Mübariz Mənsimovun əvvəlki vaxtı olsaydı, bu pulu 1 dəqiqənin içində ayırardı. İndi isə o, hər qəpiyinin qədrini bilir, onun boş yerə xərclənməməsi üçün yüz ölçüb, bir biçir.

Ümumi audit hesablamanın nəticəsi bir neçə mənada önəmlidir. «Xəzər Lənkəran»ın sahibi öncə onu dəqiqləşdirmək istəyir ki, qardaşı Mais Mənsimov sözügedən məkana nə qədər ziyan vurub.

Axır 10 ildə bura balaca Mənsimovun əlində olub. O da pula dəyən nə varsa, hamısını satıb.

Bu azmış kimi, arenanı saxta sənədlərlə özəlləşdirib, başqa sözlə, qardaşının mülkiyyətinə yiyələnib.

Stadionun geri alınması xeyli vaxt aparıb. Mübariz Mənsimov hüquqi prosedurlara baş vurub.

Türkiyədə yaşayan iş adamının nümayəndələri bu məqsədlə Bakıya bir neçə səfər edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu