“İşğaldan azad edilmiş daha 6 rayonda 8 daimi seçki məntəqəsi yaradılıb”

11 İyul 2024 08:10 Gündəm 687
“İşğaldan azad edilmiş daha 6 rayonda 8 daimi seçki məntəqəsi yaradılıb”

“İndiyə qədər azad edilmiş ərazilərə 1997 ailə köçürülüb. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev MSK-da keçirilən müşavirədə deyib.

O, Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti haqqında danışıb:

“2024-cu ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri bu il baş tutacaq ikinci böyük hadisədir.

Əsas məsələ seçki prosesinin qanunvericiliyin bütün tələblərinə cavab verməklə keçirilməsini təmin etməkdir. Parlament seçkiləri ilə bağlı işğaldan azad edilmiş daha 6 rayonda 8 daimi seçki məntəqəsi yaradılıb”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi