Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

19 Aprel 2024 15:50 Gündəm 688
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağı tərketmə prosesi yekunlaşdıqdan sonra Xocalı aeroportu boşaldılacaq.

Ekspert deyir ki, Xocalı aerportu bir neçə rayonun ərazisinə yaxın olduğuna görə xüsusi əhəmiyyətə malikdir. Sözügedən məkanın yükdaşıma üçün də böyük potensialı var.

Ekspert əlavə edib ki, Xocalı aerportunun texniki imkanları da genişləndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM