Artıq Bakının daha bir ərazisində söküntüyə başlanıldı - VİDEO

2 Mart 2024 16:30 Gündəm 590
Artıq Bakının daha bir ərazisində söküntüyə başlanıldı - VİDEO

Bakının Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib.

Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var.

Onların çoxu NZS qəsəbəsi ərazisində yerləşir. Bu binaların söküntüsü isə mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə istismar müddətini başa vurmuş, qamışüzlüklü binaların söküntüsü aparılacaq. Hətta ünvanlar da artıq bəllidir.

Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayevin sözlərinə görə, həmin binalarda təmir işləri aparmaq mümkünsüz olduğu üçün onların söküntüsü nəzərdə tutulub. Həmin binalarda yaşayanlara isə kompensasiya veriləcək.

NZS qəsəbəsində aparılacaq söküntü işləri “Ağ Şəhər” layihəsinin tərkib hissəsidir.

Daha ətraflı videomaterialda:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu