Azərbaycanlı futbolçuya viza verilmədi, transferi alınmadı

2 Mart 2024 03:10 Gündəm 976
Azərbaycanlı futbolçuya viza verilmədi, transferi alınmadı

Azərbaycan milli komandasının sabiq üzvü Elvin Yunuszadənin Kosovonun “Fuşe Kosovo” klubuna keçidi baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə müdafiəçi özü sportal.az-a məlumat verib.

Belə ki, o, viza ala bilmədiyi üçün geri qayıdıb. Bir neçə gün İstanbulda olan və “Fuşe Kosovo”nun düşərgəsinə qatılmaq üçün Albaniyaya getməyi planlaşdıran Yunuszadə istəyinə çatmayıb.

Sənəd məsələlərini yoluna qoya bilməyincə, onun “Fuşe Kosovo” klubuna keçəcəyi baş tutmayıb. Artıq millimizin sabiq üzvü Bakıya qayıdıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!