"Mançester Siti"nin ulduzu azərbaycanlı futbolçuların qarşısına bu cür çıxacaq

23 Mart 2023 13:40 Gündəm 483
"Mançester Siti"nin ulduzu azərbaycanlı futbolçuların qarşısına bu cür çıxacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne Belçika millisinin yeni kapitanı təyin edilib.

Sporrtinfo.az xəbər verir ki, yarımmüdafiəçi bu vəzifədə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra millidən ayrılan "Real"ın futbolçusu Eden Hazardı əvəzləyib.

Tibo Kurtua və Romelu Lukaku isə vitse-kapitan seçilib.

31 yaşlı futbolçu millidə 97 oyun keçirib, 25 qol vurub.

Kevin 2010-cu ildə yığmada debüt edib.

AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda İsveç, Estoniya və Avstriya ilə yanaşı Belçika da yığmamızın rəqiblərindəndir.

Digər Xəbərlər
Xəbər Lenti