"Qarabağ"lı AFFA-nı müdafiə etdi: "Bilən də, bilməyən də ağzına gələni danışır"

30 Noyabr 2021 14:00 Gündəm 1 597
"Qarabağ"lı AFFA-nı müdafiə etdi: "Bilən də, bilməyən də ağzına gələni danışır"

"Q urban Qurbanov keçmiş futbolçuların fəaliyətini daim diqqətdə saxlayır.

O, bizim böyüyümüz, yol göstərənimiz olub".

Bu sözləri "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan Vüqar Nadirov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə iştirak edən "Qarabağ"ın sabiq hücumçusu uzun müddət rəhbərliyi altında çalışdığı mütəxəssisin ünvanına xoş fikirlər söyləyib.

O bildirib ki, milli komandanın baş məşqçi postuna yerli mütəxəssisin təyinatını istəyir: "Kənardan gələcəksə, mentalitet baxımından Türkiyədən olması daha uyğundur".

Hazırda MFL-in direktoru vəzifəsində çalışan Nadirov AFFA-nın fəaliyyətini təqdir edib:

"Federasiya bəyəm Premyer Liqada çıxış edən bəzi klublara maliyyə yardımı göstərməklə pis iş görür? Bilən də, bilməyən də ağzına gələni danışır. İşin içində olmalısan ki, nələr baş verdiyini anlayasan".

Digər Xəbərlər
Xəbər Lenti