İngiltərə, Xorvatiya və Çexiya adını 1/8 finala yazdırdı - VİDEOLAR

23 İyun 00:54 Gündəm 495
İngiltərə, Xorvatiya və Çexiya adını 1/8 finala yazdırdı - VİDEOLAR

Avropa çempionatının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, hər iki qarşılaşma D qrupunda gerçəkləşib.

Londondakı "Uembli" stadionunda İngiltərə və Çexiya yığmaları üz-üzə gəlib.

Portuqaliyalı referi Artur Diaşın idarə etdiyi qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 12-ci dəqiqədə Rəhim Sterlinq vurub. 87-ci dəqiqədə İngiltərə millisi yenidən fərqlənsə də, baş hakim ofsayd qeydə alıb.

Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya yığması Qlazqoda Şotlandiya ilə görüşüb.

"Hempden Park" stadionundakı matçın baş hakimi argentinalı Fernando Rapallini olub. Görüş Xorvatiya millisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

İlk yarıda tərəflər hərəyə bir dəfə fərqləniblər. 17-ci dəqiqədə Nikola Vlaşiçin qoluna 42-ci dəqiqədə meydan sahiblərindən Kallum Makqreqor cavab verib.

Fasilədən sonra Xorvatiya yığması daha 2 qola imza atıb. Luka Modriç 62-ci, İvan Perişiç 77-ci dəqiqədə Şotlandiyanı məyus edib.

Bu nəticələrdən sonra İngiltərə 7 xalla qrup lideri, Xorvatiya 4 xalla 2-ci yerin sahibi kimi 1/8 finala yüksəlib.

Xorvatiyadan yalnız top fərqində geri qalan Çexiya 4 xalla 3-cü yeri tutaraq, öz qruplarını eyni pillədə başa vurmuş Ukrayna və Finlandiyadan daha çox xal toplaması səbəbindən mərhələ adlayıb.

Şotlandiya isə 1 xalla qrup sonuncusu olub və mübarizəni dayandırıb.

D qrupu

III tur

22 iyun

Çexiya - İngiltərə - 0:1

Qol: Rəhim Sterlinq, 12

Baş hakim: Artur Diaş (Portuqaliya)

London. "Uembli" stadionu

Xorvatiya - Şotlandiya - 3:1

Qollar: Nikola Vlaşiç, 17. Luka Modriç, 62. İvan Perişiç, 77 - Kallum Makqreqor, 42

Baş hakim: Fernando Rapallini

Qlazqo. "Hempden Park" stadionu

Xal durumu: İngiltərə - 7, Xorvatiya - 4, Çexiya - 4, Şotlandiya - 1.

Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 23:40 "Sabah"dan son VİDEO
27 İyul 16:40 "Qarabağ"ın yol planı
27 İyul 15:40 Ronaldo razılaşmadı
27 İyul 09:20 Yenə də… FOTOREPORTAJ