İspaniya şanslarını boşa verdi, İsveçə xal qazandırdı

15 İyun 2021 00:58 Gündəm 657
İspaniya şanslarını boşa verdi, İsveçə xal qazandırdı

AVRO-2020-də dördüncü oyun günü başa çatıb.

Sportinfo.az xəbər verir ki, günün son matçı Sevilyada keçirilib.

E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb. Gözlənildiyi kimi, oyuna nəzarət bütünlüklə ispanların tərəfində olub.

Lakin birinci hissədəki 79 faizlik topa sahib olma və 9 zərbə tablodakı sıfırları dəyişməyə kifayət etməyib.

Fasilədən sonra da ssenari dəyişməyib. Yeganə fərq isveçlilərin artıq daha cəsarətli əks-hücumlara keçməsi olub.

Luis Enrikenin yetirmələri son dəqiqələrdə təzyiqi artırsa da, rəqib müdafiəsini heç cür yara bilməyiblər. Nəticədə komandalar xalları yarı bölüb və günün daha bir sensasiyası qeydə alınıb.

E qrupu
İspaniya – İsveç – 0:0
Baş hakim:
Slavko Vinçiç (Sloveniya)
Sevilya. Ramon Sançes Pisxuan stadionu

1

Slovakiya

1

1

0

0

2-1

3

2

İsveç

1

0

1

0

0-0

1

3

İspaniya

1

0

1

0

0-0

1

4

Polşa

1

0

0

1

1-2

0

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda