Avropa Super Liqası dağıldı – Buradan ayrılan ilk klub

21 Aprel 2021 00:42 Gündəm 1 619
Avropa Super Liqası dağıldı – Buradan ayrılan ilk klub

Səs-küylü Avropa Super Liqası layihəsi ləğv olunub.

top-klublar arasında yeni yarışın keçirilmə ideyası baş tutmayıb.

Daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Yunayted", "Liverpul" və "Arsenal" klublarının bu turniri tərk etmək üçün sənədlər hazırladıqlarına dair xəbərlər yayılıb.

Sonradan "Atletiko" və "Barselona"nın da Superliqa iştirakçılarından ayrıldığı bildirilib.

Avropa Super Liqasını tərk edən ilk klub "Mançester Siti" olub. Bununla bağlı klub bəyanat yayıb.

"Şəhərlilər"in açıqlamasında deyilir: "Mançester Siti" futbol klubu Avropa Super Liqasının həyata keçirilmə planlarını işləyən qrupdan çıxış proseduru yönündə işə başladığını rəsmən təsdiqləyə bilər".

Avropa Super Liqası özündə qitənin 20 ən yaxşı klubundan ibarət vahid liqanın yaradılmasını nəzərdə tutur. Superliqada iştiraklarını 12 klub təsdiqləyib.

Eyni postu İspaniya "Real Madrid"ində tutan Florentino Peres Superliqanın prezidenti seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da