Bu gün 37° isti olacaq – HAVA PROQNOZU

5 İyul 2024 08:00 Gündəm 1 531
Bu gün 37° isti olacaq – HAVA PROQNOZU

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, cənub-şəq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi