İlham Əliyev üçtərəfli bəyanatın icrasından razıdırmı?

26 Fevral 2021 17:10 Gündəm 378
İlham Əliyev üçtərəfli bəyanatın icrasından razıdırmı?

Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan məmnun olub-olmamasıyla bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, dövlət başçısının sözlərinə görə, prinsip etibarilə o bəyanatdan məmnundur:

“10 noyabrda imzalanmış bəyanatda göstərilən məsələlərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının bizə qaytarılmasıdır. 1 dekabrda bu bölgələr bizə qayıtdı. Bəzi məsələlər təbii olaraq icra edilmir. Onlar üçün müəyyən zaman lazımdır. Prinsip etibarilə məsələ müsbət istiqamətdə gedir.

Azərbaycan tərəfindən hər hansı aqressiv addım atılmayacaq. Bəzi məsələlər 10 noyabr bəyanatında əksini tapmayıb. Ondan sonrakı dövrdə razılaşdırılıb.

Bəzi məsələlər var ki, Rusiya sülhməramlı qüvvələri əcnəbi vətəndaşın buraxılmasında o qədər də ciddi addımlar atmır. Biz bu narahatlığı Rusiya tərəfinə çatdırırıq. Vaxt keçdikcə məsələlər tənzimlənəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"