"Azərbaycan komandasının Azərbaycana bağlılığı yoxdur"

30 Yanvar 2020 13:50 Futzal 1 537
"Azərbaycan komandasının Azərbaycana bağlılığı yoxdur"

Futzal üzrə Xorvatiya millisinin baş məşqçisi Mato Stankoviç DÇ-2020-nin elit raundunun Azərbaycanla görüşü barədə danışıb.

Sportinfo.az xəbər verir ki, yığmamız üzərində 2:0 hesablı qələbəni şərh edən 49 yaşlı mütəxəssis millimizə söz atmağı da yaddan çıxarmayıb.

"Görüş çox çətin keçdi, sevinirəm ki, qələbə qazandıq. Əlbəttə, hamı Azərbaycan komandasının Azərbaycanla bağlılığının olmadığını bilir. Bu, İran-Azərbaycan-Braziliya millisidir. Onun üçün də güclü müqavimət gözləyirdik. Azərbaycanın daha öncə hansısa oyunu qolsuz tamamladığını bilmirəm, amma müdafiədə sıx oynadıq, epizod az verdik. Ancaq bütün oyun bizim nəzarətimizdə keçdi. İndi isə növbəti oyun barədə düşünməliyik”.

Xəbər Lenti