Millimizin baş məşqçisi 0:7 hesablı rüsvayçılıqdan sonra: “Ona “çox sağ ol” düşür”.

5 Noyabr 2024 09:40 Futzal 1 089
Millimizin baş məşqçisi 0:7 hesablı rüsvayçılıqdan sonra: “Ona “çox sağ ol” düşür”.

Bosniya və Herseqovina - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Vitali Borisovun azfutzal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis komandasının 0:7 hesablı məğlubiyyətini belə şərh edib:

“Çox pis oynadıq. Birinci hissədə müqavimət göstərdik, mümkün qədər mübarizə apardıq.

Təəssüf ki, fasiləyə 2 saniyə qalmış qol buraxdıq. Halbuki bizim də epizodumuz oldu.

İkinci hissədə isə ardıcıl qollar buraxdıqdan sonra uşaqlar ruhdan düşdü. Bu görüşün ən yaxşısı qapıçımız Emin Kürdov oldu.

Ona “çox sağ ol” düşür. Əlindən gələ qədər köməklik etdi”.

V.Borisov qeyd edib ki, milli komandamız belə oyunla nəyəsə nail ola bilməz:

“İşimiz çoxdur. Belə oyunla heç nəyə nail ola bilmərik.

Düzdür, milli çempionat yeni başlayıb, amma əsas çatışmazlıq beynəlxalq oyun təcrübəsinin azlığıdır. Bu baxımdan “Araz-Naxçıvan”ın üzvləri və milliyə bir müddətdir dəvət olunan futzalçılar nisbətən seçilirlər.

Oyunu təhlil edəcəyik. Sabah daha yaxşı oynamalıyıq. Rəqibimiz atletik cəhətdən seçilir. Topla da yaxşı oynayırlar”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır