"Xəbərimiz var, güclənirlər - İrandan legionerlər gətirməyə hazırlaşırlar"

2 Yanvar 2023 17:30 Futzal 851
"Xəbərimiz var, güclənirlər - İrandan legionerlər gətirməyə hazırlaşırlar"

«Yüksək Liqada ikinci hissə daha gərgin keçəcək».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan» futzal klubunun vitse-prezidenti Mahmud Sadıqov deyib.

Ölkə çempionatında ikinci dövrəyə 2 ay sonra start veriləcək. Qış fasiləsinin geridə qalan günlərində 6 yeni transfer edən son çempion liderliyini qorumaq niyyətindədir.

Sitat: «Görək necə olacaq. Ümid edirəm ki, bu planımız özünü doğruldar.

Xəbərimiz var, rəqiblərimiz güclənir. “Neftçi”İK və “Baku Fire” İrandan legionerlər gətirməyə hazırlaşır.

Axırıncı turlara fikir verirdizsə, oyunları 5-6 nəfərlə keçirdik. İki zədəlimiz var, çətinlikləri gördük”.

Digər Xəbərlər
Xəbər Lenti