Yığmanın braziliyalı legionerləri baş məşqçinin dəyişdirilməsini istəmir

30 Aprel 2022 09:40 Futzal 937
Yığmanın braziliyalı legionerləri baş məşqçinin dəyişdirilməsini istəmir

Futzal üzrə Azərbaycan yığmasının braziliyalı legionerləri Joze Alesio da Silvanın postunda saxanılmasını istəyir.

Onlar bununla bağlı öz niyyətlərini federasiya rəhbərliyinə çatdırıb.

Milliləşdirilən «sambaçılar»ı narahat edən məsələ qurumun həmyerliləri ilə müqavilənin müddətini uzatmaq fikrində olmamasıdır.

Komanda Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində uğurlu çıxış edə bilməyib. D qrupunun III turunda yer alan kollektiv qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzub, ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.

Sonuncu turda Bosniya və Herseqovinanı sınağa çəkən yığmamız 4:2 hesablı qələbə qazansa da, pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.

SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!