Azərbaycan yığmasının hücumçusu: "Favorit bizik"

26 Yanvar 2021 14:40 Futzal 1 445
Azərbaycan yığmasının hücumçusu: "Favorit bizik"

Azərbaycan yığmasının futzalçısı İsa Atayev Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibləri dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, yanvarın 29-da Slovakiyanı qəbul edəcək yığma 4 gün sonra Afinada Yunanıstanla üz-üzə gələcək.

32 yaşlı hücumçu millinin qrupu lider kimi başa vuracağına şübhə etmədiyini bildirib: “Qrup mərhələsinə Slovakiyaya qarşı duellə start verəcəyik.

Reytinq cədvəlinə uyğun fikir bildirsək, favorit Azərbaycan millisidir. Slovakiya bu yolda əsas rəqibimizdir. Moldovanı da kiçiltmək olmaz.

Yunanıstana gəldikdə, bu komanda ilkin mərhələdən mübarizəyə başlayıb və "pley-off"da Türkiyə millisini səfərdə vurduğu qolların yaratdığı üstünlük sayəsində mübarizədən kənarlaşdırıb.

Onlar nə Slovakiyadır, nə də Moldova. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdir. Bunun üçün də yaxşı start göturməliyik.

Slovakiya ilə son 2 ildə 2 dəfə qarşılaşmışıq. Çətin rəqibdir, amma udmaq mümkündür. Məncə, qrup mərhələsini lider kimi başa vuracaq və məqsədimizə çatacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...