"Neymar dəyişsə, Messi səviyyəsinə yüksələ bilər"

17 Fevral 2020 12:35 Fransa 1 416
"Neymar dəyişsə, Messi səviyyəsinə yüksələ bilər"

Braziliya yığmasının sabiq futbolçusu Kafu Neymarın PSJ-dəki oyunu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Kafu Neymarın olduqca istedadlı olduğunu bildirib. O, həmyerlisinin Messi səviyyəsinə yüksəlməsi üçün futbola baxışını dəyişməli olduğunu vurğulayıb:

“Neymarda dünyanın ən yaxşı futbolçusu olmaq üçün potensial var. O, PSJ-də oynamaqla Messi və Ronaldo səviyyəsinə yüksələ bilər.

Amma artıq futbola baxışı dəyişməyin zamanıdır. Əgər o, bunun məsuliyyətini anlayıb, liderlik funksiyasını üzərinə götürə bilsə, onda hər şey yaxşı olacaq.

Biz onun ildən-ilə daha da yetkin olacağını gözləyirdik. Məhz bu yetkinlik ona dünyanın ən yaxşısı futbolçusu olmağa kömək edər”.

Neymar cari mövsümdə PSJ-nin heyətində keçirdiyi 14 oyunda 13 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti