Ölkə xaricində olduğum üçün «Qarabağ» - «Arsenal» oyununu izləyə bilmədim.
Oyun qabağı optimizmdən də uzaq idim. İngilis klubları ilə bizimki heç cür alınmaz.
Bu günə kimi «Qarabağ»ın ən ağır oyunları bir «Tottenhem»ə, bir də «Çelsi»yə qarşı olub. İngilislərin "protivnı" oyun tərzi var.
90 dəqiqə boyunca oyun sürətini azaltmırlar. Yenə İtaliya, İspaniya təmsilçiləri hissə ərzində tempı 2-3 dəfə qaldırıb-azaldırlar. İngilislər isə rəqibin kimin olmasına baxmayaraq, tempı bir saniyəlik belə aşağı salmırr.
Bu günə kimi «Neftçi» «İnter»dən, «Qarabağ» isə «Atletiko»dan xal almağı bacarmışdlr. İngilis klublarından isə xal almaq bizim üçün qeyri-mümkündü.
Bununla belə, qol epizodlarımız az deyildi. Oyun yenə də göstərdi ki, Delarj, Emeqara kimi futbolçular komandaya maksimum ölkə səviyyəsində və ya «Kukesi» kimi rəqiblərlə oyunlarda yardım edə bilərlər.
Dünən bir Almeydanın, bir də Pedronun yeri görünürdü. İnanılmaz formada olan Gerryenın da olmaması bir şansızlıq oldu.
0:3-ə görə «Qarabağ»ı qınayanlar da var. Yəqin ki, onlar paralel Azərbaycanda yaşayırlar. 16-komandalı çempionatı olan, reqionarda futbol inkişaf etmiş, milli komandalara legioner cəlb olunmadığı bir Azərbaycanda.
Zəruri bir xatırlatma edim: «Arsenal» APL-də növbəti oyunu "Craven Cottage"da, «Qarabağ» isə Termist/Şəfa/İnter-Arena/ASK-Arena stadionunda keçirəcək.
Hansının ki süni örtüyü keçən onillikdə qoyulub, və orda futbol oynamaq insan sağlamlığı üçün təhlükəlidi.
«Sportinq»ə, «Arsenala» məğlubiyyətlər təbii qəbul olunmalıdı. «Qarabağ»ın qrupu isə («Vorskla»nı çıxsaq) sanki bir ÇL qrupudu.
Bütün bunlarla belə, həmin Emeqara, Delarjın, Jejniçakın yerinə başqa, daha səviyyəli futbolçular olsaydı, 2 oyundan azı 1 xal da almaq olardı.
ERKİN

