Fransada tarix yazan qızlarımız - FOTOLAR

11 Avqust 2024 04:30 Paris-2024 1 233
Fransada tarix yazan qızlarımız - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarının final mərhələsini 5-ci pillədə başa vurub.

Sportinfo.az xəbər verir ki, qızlarımız final mərhələsində əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.

Komandanın çıxışı hakimlər tərəfindən ümumilikdə 66.450 xalla qiymətləndirilib və milli yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub.

Buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.




Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!