Bakıdakı yarışda BİABIRÇILIQ baş verdi - FOTOLAR

28 Avqust 2023 02:50 Digər növlər 2 289
Bakıdakı yarışda BİABIRÇILIQ baş verdi - FOTOLAR

Qazaxıstanın "Octagon League" təşkilatının Bakıda keçirdiyi "Octagon 48" yarışında Azərbaycan MMA idman növü adına biabırçı nəticələr qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, prosport.az-ın xəbərinə görə, avqustun 18-də Bakı İdman Sarayında keçirilən, "İdman TV", Rusiyanın "Boks TV" və Orta Asiya telekanalları ilə göstərilən yarışda Azərbaycan idmançıları fiasko nəticə ilə yadda qalıblar.

Belə ki, əsas kardda (main card) çıxış edən 7 idmançımızdan yalnız Röyal Leylizadə qalib gəlməyi bacarıb. Digər 6 azərbaycanlı döyüşçü Bakıda Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyə idmançılarına uduzub.

Bu barədə mma.az səhifəsinin yazdığı materialı təqdim edirik:

"Millət, ümid edirdik ki, beynəlxalq promouşn gəlib, gənclərimizə idman bayramı yaşadacaq. Amma təəssüf ki, izləyicilər qanıqara evə döndülər. Əsas kardın 7 döyüşündən idmançılarımız 6 məğlubiyyət və yalnız 1 qalibiyyət əldə etdilər. "Prelim"lərdə isə 2 qalibiyyət, 2 məğlubiyyət.

Düzdür, döyüşçü udar da, uduzar da. Amma sən təkcə özünü yox, Vətənini təmsil edirsən. Başqa millətlər sənə baxıb, millətin haqda da elə düşünəcək. Ən azından bir dirəniş göstərib, axıra kimi mübarizə etməlisən. 7 məğlubiyyətdən 5-i vaxtından əvvəl qeydə alınıb.

Ürək məsələsini qoyaq bir yana. Veteranları nəzərə almasaq, bəzi yeni gördüyümüz döyüşçülərimiz qeyri-peşəkarlıqları ilə yadda qaldı.

Döyüşçülərimiz sanki bir MMA matçına yox, rayon toylarında dava eləməyə çıxıblar. 1 raundda bütün güclərini qoyurlar, sonra ya raundun sonu, ya da bir sonrakı raundda rəqibləri onları birmənalı şəkildə döyüb, döyüşü sonlandırırlar.

Və elə təssürat yarandı ki, bizim döyüşçülər ilk dəfə oktaqon qəfəsi görüblər. Qəfəsə söykənəndə teykdaundan (yerə yıxma) necə müdafiə olunmaq lazım olduğunu eşitməyiblər.

Əslində maçmeykerlərə bizim döyüşçülərə verdikləri güclü rəqiblərindən həmişə narazılığımı bildirmişəm.

Bu dəfə "Sherdog"a əsasən, rəqiblər elə də güclü deyildi. Rekordları bizimkilərdən betər idi. Bu o deməkdir ki, ölkədə MMA-in vəziyyəti acınacaqlıdır.

Və bu kimi idmançıları beynəlxalq arenalara çıxarıb, adımızı batırmağa dəyməz. 7 yox, 3 nəfər çıxsın və keyfiyyətli döyüş göstərsin. Heyf ki, ölkədə işini yaxşı bilən məşqçilər çox azdır".

Digər Xəbərlər
Xəbər Lenti