
Ötən həftə İngiltərə və Almaniyada keçirilmiş oyunlar dünya mətbuatının gündəminə çevrilib.
Sportinfo.az xəbər verir ki, qitənin nüfuzlu nəşrləri İngiltərə Kubokunda baş tutmuş “Notts Kaunti” – “Şrusberi Taun” və Bundesliqa 2-də oynanılmış “Sankt Pauli” – “Hamburq” matçlarında qumar oynanıldığı barədə iddalar irəli sürür.
“Notts Kaunti” – “Şrusberi Taun” matçında qonaqların vurduğu qolların 3-ü də şübhəli olaraq göstərilir.