Daha bir oyun koronavirusa görə təxirə salındı - Belarusda

19 May 2020 01:52 Dünya futbolu 760
Daha bir oyun koronavirusa görə təxirə salındı - Belarusda

Belarus çempionatında daha bir oyun koronavirusa görə təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, 10-cu turun “Smoleviçi” - "Minsk" qarşılaşması nəzərdə tutulduğu kimi mayın 23-də keçirilməyəcək.

Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə bir qərarın qəbul olunmasına paytaxt təmsilçisinin oyunçularının koronavirusa yoluxma şübhəsinin olması səbəb göstərilir. Daha öncə bu komandanın 9-cu tur çərçivəsində, mayın 15-də keçirilməli olan “Neman”la görüşü də qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!