“Zidanla heç vaxt oynamamağım ayıbdır” - Ronaldinyo

29 Aprel 00:00 Dünya futbolu 210
“Zidanla heç vaxt oynamamağım ayıbdır” - Ronaldinyo

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo fransalı keçmiş yarımmüdafiəçi Zinəddin Zidan haqqında fikirlərini bölüşüb.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş oyunçu, həmişə Zidanın oyununa heyran olduğunu bildirib:

“Mən həmişə Zidanın oyununa heyran olmuşam. Onunla heç vaxt oynamamağım ayıbdır. O, mükəmməl futbolçu olub. Mən həmişə ona hörmət edirəm”.

Zidan futbolçu karyerası ərzində “Real”, “Yuventus”, “Kann” və “Bordo” klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!