Yeni baş məşqçinin adı açıqlandı - 2027-ci ilin yayına qədər müqavilə imzalandı

28 Yanvar 00:20 Dünya futbolu 431
Yeni baş məşqçinin adı açıqlandı - 2027-ci ilin yayına qədər müqavilə imzalandı

“Portu”nun yeni baş məşqçisinin adı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu vəzifəyə Martin Anselmi təyin edilib. Argentinalı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Anselmi bu vəzifədə Vitor Brunonu əvəzləyib.

“Portu” hazırda Portuqaliya çempionatında 19 turdan sonra 41 xalla 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM