"Messi və Ronaldo arasındakı mübahisə həll olundu?"

1 Dekabr 2023 10:00 Dünya futbolu 1 101
"Messi və Ronaldo arasındakı mübahisə həll olundu?"

Futbol mütəxəssisi Cimi Karrager “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldonun oyun səviyyəsini müqayisə edib.

Sportinfo.az xəbər verir ki, sabiq futbolçu Messi və Ronaldo müqayisəsinin heç vaxt düzgün olmadığını bildirib:

“Messi və Ronaldo arasındakı mübahisə nəhayət, həll olundu? Bu mübahisə heç vaxt olmayıb. Ronaldo Messinin səviyyəsinə yaxın belə, deyil.

Ronaldo bütün zamanların ən yaxşı qol vuran oyunçularından biridir, Messi isə bütün zamanların ən yaxşı futbolçusudur. Heç yaxın deyillər.

Vaxt var idi ki, yalnız Ronaldo qol vurduğuna görə yaxın idilər. Və Messi qollar vurdu, inanılmaz oyunçu olduğunu göstərdi. Düşünürəm ki, o vaxtlar heç müqayisə edilə bilməzdilər.

Ronaldo “Mançester Yunayted”də zirvəyə çatmadı, “Real”da yaxşı idi. Ancaq bir şeyi deyəcəm: o, Messi deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var