Türkiyə klubu “Qarabağ”a qənim kəsilən "Gent"lə üz-üzə gəlir – BU GÜN

15 Mart 2023 18:40 Dünya futbolu 401
Türkiyə klubu “Qarabağ”a qənim kəsilən "Gent"lə üz-üzə gəlir – BU GÜN

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Başakşehir" Türkiyədə Belçika "Gent"ini qəbul edəcək. İstanbul təmsilçisi ilk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb. Görüşü fransalı FIFA referisi Benua Bastyen idarə edəcək.

Gent şəhərinin eyniadlı təmsilçisi pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.

Bu raundun digər cavab oyunları martın 16-da keçiriləcək.

1/8 final, cavab oyunları
15 mart21:00. "Başakşehir" (Türkiyə) - "Gent" (Belçika)

Baş hakim: Benua Bastyen (Fransa)
İlk oyun - 1:1
İstanbul, "Başakşehir Fatih Terim" stadionu

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu