Rafael döyüldü - FOTOLAR

18:10 Digər növlər 151
Rafael döyüldü - FOTOLAR

Fevralın 1-də Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turniri çərçivəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev oktaqona çıxıb.

Sportinfo.az xəbər verir ki, yüngül çəki dərəcəsində baş tutan və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşmada UFC reytinqində 9-cu pillədə yer alan Rafael Fiziyev 70 kq çəki dərəcəsində 14-cü olan braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.

Döyüşdə qələbəni ikinci raundda nokautla Maurisio Ruffi qazanıb.

32 yaşlı Rafael Fiziyevin peşəkar karyerasında 13 qələbə (9-u vaxtından əvvəl) və 5 məğlubiyyət var.

29 yaşlı Maurisio Ruffi isə peşəkar karyerasına 2016-cı ilin sentyabrında başlayıb. Bu döyüşdən sonra braziliyalı idmançının aktivində 13 qələbə və 2 məğlubiyyət yer alır.

Rafael Fiziyev Ruffiyə nokautla uduzdu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"