Prezident: “Hər il Azərbaycanda ya dünya, ya da Avropa çempionatı keçiriləcək”

07:20 Digər növlər 66
Prezident: “Hər il Azərbaycanda ya dünya, ya da Avropa çempionatı keçiriləcək”

"Bu il Şahdağda Dünya Çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu, artıq təqvimə salınıb".

Sportinfo.az xəbər verir ki, bunları Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Hər il Azərbaycanda ya Dünya, ya da Avropa çempionatının keçiriləcəyini qeyd edən dövlətimizin başçısı bildirib:

"Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə – Formula 1-lə müəyyən dərəcədə balans yaradacaq. İlk Formula 1-dən sonra artım 20 faiz oldu".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 18:10 Çək və bizə göndər!