Nazir federasiyalarla 24-cü görüşünü keçirdi

03:50 Digər növlər 72
Nazir federasiyalarla 24-cü görüşünü keçirdi

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 24-cü görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir Fərid Qayıbov görüş iştirakçılarını salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb.

Görüşün gündəliyinə uyğun olaraq VI İslam Həmrəyliyi Oyunlarının yekun hesabatı, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq prosesi, idmançıların qeydiyyatı və təsnifatlaşdırılması məsələləri barədə məlumat verilib.

Həmçinin süni intellekt (AI), "Azərfit" layihəsi, eləcə də fiziki və psixoloji hazırlıq planları barədə təcrübəli xarici mütəxəssislər Edvard Kolar, Rado Pisot, Matej Tusak və Tomaz Levakın təqdimatları dinlənilib.

Görüşdə idman növləri üzrə məşqçilik kursları, nazirliyin tabeliyində fəaliyyət göstərən UGİM-lərlə bağlı məsələlər, bu il Seneqalda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları, eləcə də Bakı-2026 “Dünyanın İdman Paytaxtı” barədə məlumat verilib, federasiyaların sosial media fəaliyyəti ilə bağlı hesabat təqdim edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR