“Bu layihənin keçirilməsində məqsəd idmanın kütləviliyinə nail olmaqdır" - NAZİR

04:00 Digər növlər 73
“Bu layihənin keçirilməsində məqsəd idmanın kütləviliyinə nail olmaqdır" - NAZİR

"Üzgüçülük hamı üçün" layihəsinin keçirilməsində əsas məqsəd idmanın kütləviliyinə nail olmaq, eyni zamanda, sağlam həyat tərzininin təbliğini aparmaqdır.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov sözügedən yarışın açılış mərasiminin ardından jurnalistlərə açıqlamasında deyib.

O, yarışın əhəmiyyətindən danışıb:

"Yarışın keçirilməsində əsas məqsəd idmanın kütləviliyinə nail olmaq, eyni zamanda, sağlam həyat tərzininin təbliğini aparmaqdır.

"Üzgüçülük hamı üçün" layihəsi artıq dördüncü dəfə təşkil edilir. Yarışda həvəskar idmançıların da çıxış etdiyini xatırladaq.

Bölgələrdəki hovuzlarda uğur qazanmış idmançılar 1 ay sonra finalda mübarizə aparacaqlar.

Sevindirici haldır ki, artıq üçüncü dəfə qardaş ölkə Türkiyədən olan idmançılar da yarışda iştirak edirlər. Arenadan da göründüyü kimi, yarışa maraq yüksək səviyyədədir".

Yarışda 9–10 yaş, 11–12 yaş, 13–14 yaş, 15–16 yaş, 17–19 yaş, 20–24 yaş, 25–29 yaş, 30–34 yaş, 35–39 yaş, 40–44 yaş, 45–49 yaş, 50–54 yaş, 55–59 yaş və 60 yaşdan yuxarı, ümumilikdə 1551 iştirakçı mübarizə aparır.

Yarışlar Bakı şəhəri və regionlarda yerləşən ümumilikdə 37 üzgüçülük hovuzunda keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi