"Finalda uduzmaq istəmirdik"

08:20 Digər növlər 62
"Finalda uduzmaq istəmirdik"

Azərbaycanın qılıncoynatma millisi Özbəkistana qarşı final görüşündə uduzmaq istəmirdi.

Sportinfo.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olan Azərbaycanın sablya millisinin üzvü Palina Kaspiaroviç jurnalistlərə açıqlamasında deyib.

İdmançı qızıl medal qazandıqları üçün hədsiz sevincli olduqlarını söyləyib:

"Təəssüratlar möhtəşəmdir. Qızıl medal qazanmaq inanılmaz hissdir. Ümumilikdə hər şey bizim üçün super keçdi.

Çox şadam ki, ən yüksək nəticəni göstərdik. Əldə olunan uğura görə məşqçilərimizə, federasiya rəhbərliyinə və bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm".

O, həlledici görüşün çətin keçdiyini vurğulayıb:

"Finalda uduzmaq istəmirdik. Xüsusilə həmin qarşılaşma çətin idi. Lakin sona qədər mübarizə apardıq və istədiyimiz nəticəni əldə etdik".

Azərbaycan sablyaçıları həlledici mərhələdə Özbəkistanı 45:43 hesabı ilə məğlub ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”
20 Noyabr 17:50 Çək və bizə göndər!