"Hakimlərin bizə qarşı olan qərarlarını müzakirə etmək istəməzdim"

03:50 Digər növlər 61
"Hakimlərin bizə qarşı olan qərarlarını müzakirə etmək istəməzdim"

Azərbaycanın qılıncoynatma millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanması gözlənilən olub.

Sportinfo.az xəbər verir ki, bunu sözügedən yığmanın baş məşqçisi Çingiz Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis sablya növündə ən yüksək nəticəni göstərən qadınlardan ibarət komandanın uğurundan danışıb:

"Biz belə bir nəticə gözləyirdik. Baxmayaraq ki, çətin əldə olunan nailiyyət idi. Hakimlərin bizə qarşı olan qərarlarını müzakirə etmək istəməzdim.

Lakin bütün bunlara baxmayaraq komandamız "sınmadı". Göstərdik ki, yığmamız güclüdür, qızıl medal qazanmağa potensialımız var.

Yarımfinalda Türkiyə, finalda isə Özbəkistan seçmələrinə qalib gəldik. Hər iki qarşılaşma çətin keçdi".

Azərbaycan sablyaçıları həlledici mərhələdə Özbəkistanı 45:43 hesabı ilə məğlub ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”
20 Noyabr 17:50 Çək və bizə göndər!