Müqavilə imzalandı - ünya Kuboku Bakıda keçiriləcək

03:30 Digər növlər 85
Müqavilə imzalandı - ünya Kuboku Bakıda keçiriləcək

Üzgüçülük üzrə növbəti Dünya Kuboku 2026-cı ilin oktyabr ayında Bakıda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm üzgüçülük üzrə İpək Yolu Dünya Kubokunun ölkəmizin paytaxtında keçiriləcəyinə dair müqavilə imzalayıblar.

Dünya Kubokunun ilk mərhələsi oktyabrın 1-dən 3-nə qədər Bakı Su İdmanı Sarayında baş tutacaq.

Digər mərhələlər Özbəkistanda (Daşkənd, 8-10 oktyabr) və Qazaxıstanda (Astana, 15-17 oktyabr) keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!