"Avropa çempionatında Azərbaycan gimnastlarına ümidlərimiz böyükdür" - AGF-nin baş katibi

04:40 Digər növlər 71
"Avropa çempionatında Azərbaycan gimnastlarına ümidlərimiz böyükdür" - AGF-nin baş katibi

Gəncədə keçirilən aerobika gimnastikası üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançılarına ümidlər böyükdür.

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fatimə Şəfizadə bildirib.

AGF rəsmisi 18 ölkədən 151 idmançının iştirak etdiyi qitə birinciliyindən gözləntilərini açıqlayıb:

"Gəncə İdman Sarayında möhtəşəm açılış mərasimi oldu. Aerobika gimnastlarının müxtəlif kateqoriyalarda çıxışları olacaq.

Bu yarışda Azərbaycanı 6 gimnast təmsil edir. Onlara ümidlərimiz böyükdür. Əsasən də Mədinə Mustafayeva və Vladimir Dolmatovadan uğurlu çıxış gözləyirik.

Bütün iştirakçılara uğurlar arzu edirik. Tamaşaçıları bu möhtəşəm sarayda idmançılara dəstək olmağa dəvət edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!
14 Noyabr 03:20 "Lənkəran" da qazandı