Azərbaycanın 3 gimnastı və qrup komandası finalda

7 Oktyabr 2025 05:00 Digər növlər 601
Azərbaycanın 3 gimnastı və qrup komandası finalda

III MDB Oyunları çərçivəsində bədii gimnastika yarışlarının ilk günü başa çatıb.

Sportinfo.az xəbər verir ki, yarışın ilk günündə fərdi gimnastlar halqa və top alətləri ilə, qrup hərəkətləri komandaları isə 5 halqa ilə təsnifat mərhələsində çıxış ediblər.

Fərdi proqramda çıxış edən gimnastlarımızdan Şəms Ağahüseynova top aləti ilə, Azadə Atakişiyeva həm top, həm də halqa aləti ilə, Nur Sadıqova isə halqa aləti ilə finala vəsiqə qazanıb.

Gənclərdən ibarət qrup hərəkətləri komandamız isə 5 halqa ilə təsnifat mərhələsini uğurla başa vuraraq finala yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA