Əliyev dünya kuboku seriyalarının qalibi oldu

04:30 Digər növlər 92
Əliyev dünya kuboku seriyalarının qalibi oldu

Oktyabrın 3-5-də tarixlərində Fransanın Antibes şəhərində gimnastika üzrə mövsümün son dünya kuboku keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçiləri uğuru çıxış ediblər.

Gimnastlarımızdan Tofiq Əliyev 29.200 xalla qızıl medalın, Adil Hacızadə 26.800 xalla bürünc medalın sahibi olublar.

Həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələr və sonuncu dünya kubokunu birinciliklə başa vurduğu üçün dünya kuboku seriyalarının qalibi olub.

Tofiq Əliyev bu il Çində keçirilən Dünya Oyunlarında "tam tam tam" ("full-full-full" və ya "triple full") icra edərək dünya rekorduna sahib çıxmışdı.

Daha əvvəl heç bir idmançı havada 3-dəfə 360 dərəcəli tərs fırlanma hərəkətini yerinə yetirə bilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 07:10 Xəzərdə zəlzələ oldu