Azərbaycan medal sıralamasında üçüncü pilləyə gerilədi - III MDB Oyunları

4 Oktyabr 2025 08:20 Digər növlər 876
Azərbaycan medal sıralamasında üçüncü pilləyə gerilədi - III MDB Oyunları

Azərbaycanın III MDB Oyunlarının medal sıralamasındakı mövqeyi dəyişib.

Sportinfo.az xəbər verir ki, aktivində 13 qızıl, 27 gümüş və 43 bürünc medal olan komanda ikinci sıradan üçüncü pilləyə geriləyib.

Hesabında 15 qızıl, 20 gümüş, 28 bürünc medal olan Belarus ikinci pilləyə yüksəlib.

Medal sıralamasına Rusiya (73 qızıl, 27 gümüş, 16 bürünc medal) başçılıq edir.

İndiyə qədər 8 ölkə təmsilçiləri medal qazanıblar.

III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM