Azərbaycan Gimnastika Federasiyasının 15-ci Ümumi Yığıncağı keçirildi

3 Aprel 2025 03:10 Digər növlər 467
Azərbaycan Gimnastika Federasiyasının 15-ci Ümumi Yığıncağı keçirildi

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 15-ci Ümumi Yığıncağı keçirilib.

Sportinfo.az xəbər verir ki, hesabat xarakterli toplantıda AGF-nin İcra Komitəsinin üzvləri, təsisçi qurumların nümayəndələri, federasiya üzvlərinin təmsilçiləri, həmçinin gimnastika növləri üzrə idmançılar iştirak ediblər.

Əvvəlcə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri, daha sonra 14-cü Ümumi Yığıncağın protokolu və gündəliyi təsdiqlənib.

Yığıncaqda AGF-nin baş katibi Fərid Qayıbov tərəfindən 2024-cü ildə gimnastika idman növlərində əldə olunmuş nailiyyətlər, ölkə daxilində keçirilmiş beynəlxalq yarışlar, regionlarda gimnastikanın inkişafı istiqamətində görülən işlər və AGF-nin beynəlxalq arenadakı uğurlarını əks etdirən hesabat təqdim olunub. Eyni zamanda federasiyanın 2024-cü il üzrə maliyyə hesabatı da dinlənilib.

Daha sonra 2024-cü ildə gimnastika sahəsində nailiyyət qazanmış idmançılara xatirə medalları təqdim olunub.

Portuqaliyada keçirilmiş tamblinq üzrə Avropa çempionatında komanda hesabında birinci yeri tutmuş Bilal Qurbanov və Hüseyn Əsədullayev, həmçinin eyni ölkədə təşkil olunmuş akrobatika gimnastikası üzrə dünya çempionatında temp hərəkətləri üzrə üçüncü yer tutmuş Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Riad Səfərov və Seymur Cəfərov AGF-nin gümüş medalları ilə təltif olunublar.

Ümumi Yığıncaq rəsmi bağlanış mərasimi ilə işini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır