Millimiz Fransaya uduzdu, dünya çempionatında 6-cı yeri tutdu

24 İyul 2022 01:00 Digər növlər 422
Millimiz Fransaya uduzdu, dünya çempionatında 6-cı yeri tutdu

Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son yarış günündə Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət Azərbaycan komandası yarımfinala vəsiqə uğrunda Fransa ilə qarşılaşıb.

Rəqibinə 25:45 hesabı ilə məğlub olan Azərbaycan yığması 5-8-ci yerlər uğrunda ABŞ seçməsi ilə üz-üzə gəlib.

Kollektiv rəqibini 45:37 hesabı ilə məğlub etsə də, növbəti qarşılaşmada Almaniya ilə bacarmayıb (41:45) və ümumi sıralamada 6-cı olub.

Daha öncə Anna Başta qadın sablyaçıların şəxsi yarışında dünya çempionatının gümüş medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu