Dünya çempionatının gümüşü azərbaycanlı Annanın oldu - FOTO

21 İyul 2022 03:50 Digər növlər 615
Dünya çempionatının gümüşü azərbaycanlı Annanın oldu - FOTO

Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan milli komandamızın lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək dünya çempionatnın 1/16 finalına yüksəlib.

Bu mərhələdə kanadalı Medison Zurqudu 15:8 hesabı ilə məğlub edən Azərbaycan qılıncoynadanı 1/8 finalda İtaliya sablyaçısı Martina Kriskioyanı mübarizədən kənarlaşdırıb-15:6

Anna Başta dünya çempionatının gümüş medalını qazandı

Dünya reytinqinin 1 nömrəsi olan qadın sablyaçımız 1/4 final yunan Teodora Qkountouranı 15:11 hesabı ilə məğlub edib. Yarımfinalda Annanın rəqibi digər yunan sablyaçısı Despina Georgiadou olub.

Rəqibi üzərində 15:9 hesablı qələbə qazanan sablyaçımız həlledici görüşdə Yaponiya idmançısı Emura Misaki ilə qarşılaşıb. Rəqibinə 10:15 hesabı ilə uduzan sablyaçımız dünya çempionatının gümüş medalını qazanıb.

Cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi olan son Avropa çempionu Anna Baştaya dünya reytinqinin 1 nömrəsi olaraq ilin sonunda keçiriləcək FİE-nin konqresində Dünya Kuboku təqdim olunacaq.

Daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti