Musayevin "Bomba" iilə görüşü baş tutmadı - FOTO

19 İyul 2022 03:10 Digər növlər 1 046
Musayevin "Bomba" iilə görüşü baş tutmadı - FOTO

Sportinfo.az xəbər verir ki, Azərbaycanlı MMA idmançısı Tofiq Musayevin “Bellator”dakı rəqibi dəyişib.

Şəxsi məşqçisi Ruslan Əfəndiyevin "report"a verdiyi məlumata görə, Musayev bu turnirdə debütünü "Bomba" ləqəbli italyan əsilli amerikalı Adam Pikkolotti ilə etməli idi.

Lakin döyüş rəqibin zədələnməsi üzündən baş tutmayacaq. Bu səbəbdən, 33 yaşlı idmançı "Bellator"dakı debüt döyüşündə ABŞ-ın digər təmsilçisi Sidney Autlo ilə qarşılaşacaq. Amerikalı idmançı indiyədək 16 döyüşdə qalib gəlib, 4-də uduzub.

İyulun 22-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək "Bellator-283" turnirində Musayev oktaqona 12-ci çıxacaq.

Bu, gecənin sondan ikinci döyüşü olacaq. Turnirin əsas qarşılaşması isə braziliyalı Duqlas Lima ilə yamaykalı Ceyson Cekson arasında baş tutacaq.

18 qələbə və 4 məğlubiyyəti olan Tofiq Musayev aprelin 22-də Zak Zeynlə döyüşdə “Bellator”da debüt etməli olsa da, rəqibinin koronavirusa yoluxması səbəbindən həmin görüş baş tutmayıb.

Digər Xəbərlər
Xəbər Lenti