ABŞ-ın Birmingem şəhərində keçirilən XI Ümumdünya Oyunlarında daha bir Azərbaycan əsilli idmançı gümüş medal qazanıb.
Sportinfo.az xəbər verir ki, bu, Ukraynanı 63,5 kq çəki dərəcəsində təmsil etmiş kikboksçu Orfan Sənanzadədir.
O, finalda meksikalı David Martinesə uduzaraq gümüş medalla kifayətlənib. Bu, Ukraynanın kikboksinq yarışlarında qazandığı beşinci medal və ikinci “gümüş” olub.
Orfan Sənanzadə 2017-ci ildə Ukraynada idmanın inkişafındakı xidmətlərinə görə həmin ölkənin sabiq prezidenti Pyotr Poroşenko tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülüb.
+91 kq çəki dərəcəsində Azərbaycandan Bəhram Rəcəbzadə Ümumdünya Oyunlarının qalibi olub (oxu.az).

