Monteneqrolu rində çıxmadı, Bəhram Dünya Oyunlarının finalına çıxdı

15 İyul 2022 02:50 Digər növlər 1 065
Monteneqrolu rində çıxmadı, Bəhram Dünya Oyunlarının finalına çıxdı

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, +91 kq çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb.

Onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.

Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanıb.

O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti